Azərbaycan – Almaniya matçını idarə edəcək hakimlər məlum oldu
24 May 2011 Çərşənbə Axşamı 14:48
Azərbaycan – Almaniya matçında yunanıstanlı hakimlər briqadası yer alacaq.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Almaniya oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib. ANS PRESS-in AFFA-ya istinadən verdiyi məlumata görə, iyunun 7-də saat 22:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Mixail Koukoulakis olacaq. Qarşılaşmada baş hakim Mixail Koukoulakisa Xristos Baltas və Leonidas Vasileidais kömək edəcək. Azərbaycan – Almaniya matçının dördüncü hakimi isə Vasilios Pamporidis olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar