Azərbaycan – Almaniya matçı 3:1
08 İyun 2011 Çərşənbə 13:03
Futbolçularımız DÇ-2010-nun bürünc medalçıları ilə bacarmadılar. Azərbaycan Almaniya matçı 3:1.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşıb. Oyun 3:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Hesabı 30-cu dəqiqədə Mesut Özil açıb. Birinci hissənin tamamına 4 dəqiqə qalmış Mario Qomes ikinci qolu vurub.

89-cu dəqiqədə Murad Hüseynov buraxılan toplardan birinin əvəzini çıxıb. Qarşılaşmada son qolun müəllifi isə 90+3-cü dəqiqədə fərqlənən Andre Şürrle olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar