Azərbayacan yığması FİFA reytinqində irəliləyib
15 Mart 2013 Cümə 08:27
Komandamız 286 xalla 116-cı pillədədir.
FİFA milli komandaların mart ayına olan reytinq siyahısını açıqlayıb. ANS PRESS-in FİFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən ay 118-ci yerdə olan Azərbaycan milli komandası reytinq siyahısında 2 pillə irəliləyib. Hazırda komandamız aktivində 286 xalla 116-cı pillədədir.

Türkiyə yığması 616 xalla 45-ci, Rusiya millisi isə 1064 xalla 10-cu yerdədir.

1. İspaniya - 1610 xal

2. Almaniya – 1473

3. Argentina – 1309

4. İngiltərə - 1174

5. İtaliya – 1173

6. Kolumbiya – 1159

7. Portuqaliya – 1133

8. Hollandiya – 1106

9. Xorvatiya – 1080

10. Rusiya - 1064



DOSTLARINLA PAYLAŞ:

oyunlar