Azarkeşlərimizə millimizin oyunu ilə bağlı müjdə
08 Oktyabr 2010 Cümə 12:25
Avstriya – Azərbaycan oyunu canlı yayımlanacaq.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Vyana şəhərindəki Ernst Happel stadionunda keçiriləcək Avstriya – Azərbaycan oyunu televiziya ilə canlı yayımlanacaq.

AFFA-dan verilən məlumata görə, qarşılaşmanın həmçinin canlı radioreportajını 105 FM dalğasında yayımlanan Azərbaycan radiosunda dinləmək mümkün olacaq.

Xatırladaq ki, Avstriya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar