Azarkeşlərimiz yenə futbolsuz qaldı
27 İyul 2010 Çərşənbə Axşamı 17:10
“Visla” – “Qarabağ” oyunu ölkəmizdə canlı yayımlanmayacaq.
Avropa Liqası turniri çərçivəsində baş tutacaq “Visla” (Krakov) – “Qarabağ” (Ağdam) oyunu ölkəmizdə canlı yayımlanmayacaq.

Polşa mətbuatına istinadən verilən məlumata görə, “İdman Azərbaycan” kanalı Krakovda və Bakıda baş tutacaq matçların qarşılıqlı olaraq pulsuz yayımlanması üçün etdiyi müraciətə “Visla” mənfi cavab verib.

Məlumatda bildirilir ki, bu səbəbdən oyunu yalnız Polşa ərazisində canlı izləmək mümkün olacaq. Xatırladaq ki, “Visla” – “Qarabağ” matçı iyulun 29-da Bakı vaxtı saat 23:00-da start götürəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar