Azarkeşlərimiz Ronaldonun oyununu Bakıda görməyəcəklər
22 Mart 2013 Cümə 21:58
Futbolçu İsraillə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo martın 26-da Bakıda baş tutacaq Azərbaycan-Portuqaliya matçını buraxacaq. ANS PRESS-in məlumatına görə, futbolçu bu gün baş tutan İsrail-Portuqaliya matçında (3:3) sarı vərəqə almaqla cəzalı duruma düşüb. Qeyd edək ki, yığmamız Portuqaliya ilə matçı Lissabonda keçirmişdi. Qarşılaşma Pireney təmsilçisinin 3:0 hesablı qələbəsilə başa çatmışdı.
DOSTLARINLA PAYLAŞ: