Azarkeşlər Torresin futbol geyimini yandırdılar
01 Fevral 2011 Çərşənbə Axşamı 12:45
“Liverpul”un fanatları futbolçunun “Çelsi”yə keçidinə etiraz ediblər
İngiltərənin “Liverpul” klubunun azarkeşləri üzərində Torresin adı həkk olunmuş “9” nömrəli futbol geyimini yandırıblar. ANS PRESS-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bununla azarkeşlər Fernando Torresin “Çelsi” klubuna transferinə etiraz ediblər. Etiraz aksiyasında nə qədər azarkeşin iştirak etdiyi haqda məlumat verilmir.

Qeyd edək ki, Fernando Torresin “Liverpul”dan “Çelsi”yə transferi dünən reallaşıb. Futbolçu 50 milyon funt sterlinq (58,5 milyon Avro) müqabilində London klubuna keçib. Bu məbləğ İngiltərə futbolu tarixində rekord göstərici sayılır.

Xatırladaq ki, Torres 2007-ci ildə İspaniyanın "Atletiko" klubundan “Liverpul”a 20 milyon funt sterlinqə transfer olunmuşdu. Torres “Liverpul”da çıxış etdiyi ilk mövsümdəcə 24 qola imza atmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar