Azarkeşlər stadionda hakimin başını yardılar
28 Fevral 2011 Bazar Ertəsi 03:56
Hadisə “Trabzonspor” ilə “Kayserispor” arasında keçirilən matçda baş verib.
Türkiyədə “Spor-Toto” super liqası çərçivəsində “Trabzonspor” ilə “Kayserispor” arasında keçirilən matçdan sonra azarkeşlər hakimin başını yarıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində “Trabzonspor” oyunçusu Burakın cərimə meydançasında yıxılması və hakim Yunis Yıldırımın oyunu dayandırmaması azarkeşləri əsəbləşdirib. Matçın başa çatmasından sonra Y. Yıldırım geyinmə otağna gedərkən azarkeşlərin atdığı naməlum cisim hakimin başını yarıb. Qeyd edək ki, sol qaşının üstü partlayaraq stadiona qayıdan hakim daha sonra polislərin müşayiəti ilə stadionu tərk edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar