Azarkeşlər Qarabağı Yevlaxda qarşıladılar
02 May 2009 Şənbə 10:35
Bir qrup azarkeş 65 km məsafə boyunca komandanı müşayiət edib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək  "Qarabağ"-“İnter" matçının Ağdamda keçiriləcəyi barədə xəbər vermişdik. 16 illik aradan sonra Ağdamda çempionat oyunu keçirəcək “Qarabağ” artıq Ağdamdadır. Qarabagh.com-un xəbərinə görə “Qarabağ”ın doğma torpaqlara dönüşü əsl bayram yaşanmasına səbəb olub. İlk dəqiqələrdən etibarən azarkeşlərin “Qarabağ” sevgisi hiss olunmağa başlayıb. Yevlaxa gələn bir qrup azarkeş klub bayraqlarıyla 65 km məsafə boyunca komandanı müşayiət ediblər. Dünən axşam saatlarında Ağdamda ilk məşqinə çıxan “Qarabağ”ın məşqini azarkeşlər də izləyib.

“Qarabağ”ın uzun müddətdən sonra Ağdama qayıdışı münasibətiylə, açılış zamanı planlaşdırılan bayram proqramı ləğv olunub. Klubdan verilən məlumata görə, şou proqram Neft Akademiyasında baş vermiş faciə ilə bağlı ləğv olunub. “Qarabağ” Futbol Klubu baş verənlərlə bağlı mərhumların ailəsinə baş sağlığı verir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar