Azarkeşlər məni arvadımdan çox istəyir
25 Dekabr 2009 Cümə 17:15
Andrey Arşavin “Sky sports”a müsahibəsində belə deyib
İngiltərənin “Arsenal” klubu və Rusiya yığmasının hücumçusu Andrey Arşavin “Sky sports”a müsahibəsində ingilis futbolu barədə təəssüratlarından danışıb. O, burada hətta zəif klublara qarşı oyunların çətin keçdiyini bildirib.

“Düşünürdüm ki, əgər ingilis klubunda oynayırsansa, sənə çətin olmamalıdır. Lakin mən səhv etmişəm. Hətta biz “Vulverhempton” və ya “Bernli”yə qarşı oynayanda belə, matç çox ağır olur. Vengerin mənə sərbəstlik verməsi çox mühümdür. Mənim üçün rahat olan yerdə oynamağıma imkan verir", -deyə o bildirib.

Arşavin xüsusi olaraq “Arsenal”ın azarkeşlərini qeyd edib: "Məndə elə bir təsəvvür yaranıb ki, onlar məni arvadımdan çox istəyir”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar