Azarkeşler Con Toşakın istefasını isteyirler
02 Sentyabr 2013 Bazar Ertəsi 12:08
Cenublu azarkeşler Xezer Lenkeran klubunun baş meşqçisi Con Toşakın istefasını isteyirler.
“Xəzər Lənkəran” klubunun azarkeşləri klubun sahibi Mübariz Mənsimova müraciət ediblər. ANS PRESS-in məlumatına görə, cənublu azarkeşlər “Palmalı” Şirkətlər Qrupunun prezidentindən mövsümə uğursuz başlayan “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakla yollarını ayırmağı istəyiblər.

Müraciətdə deyilir: “Bu gedişlə klubun 10-illik yubileyində hər hansı uğura imza atmağımız ağıla sığan deyil. Bütün bunları nəzərə alaraq “Xəzər Lənkəran” azarkeşlərinin əksəriyyətinin adından sizlərdən xahiş edirik ki, komandanın baş məşqçisi Benjamin Con Toşakla yolların ayrılması barədə düşünəsiniz. Toşaka bir insan kimi eyni zamanda bir məşqçi kimi böyük hörmətimiz var. Amma uğur olmayanda və konkret iş görməyin vaxtı gələndə qətiyyətli addımların atılması zəruriləşir. Düşünürük ki, belə bir zərurət artıq yaranıb. Azarkeşlərimiz sizdən tədbir görməyinizi səbirsizliklə gözləyir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar