Azarkeşə odlu silahdan atəş açılıb
15 Aprel 2010 Cümə Axşamı 15:45
“Srvena Zvezda”nın 21 yaşlı fanatı yaralanıb.
Serbiyanın “Srvena Zvezda” klubunun azarkeşi “OFK” klubu ilə qarşılaşma zamanı odlu silahdan açılan atəş nəticəsində yaralanıb. 21 yaşlı İqor Vreliç qarın nahiyəsindən xəsarət alıb.

İnsidentin baş verməsinə baxmayaraq, qarşılaşmanı təxirə salmayıblar. Azarkeşi təcili olaraq xəstəxanaya çatdırıblar. Əməliyyat olunan İqor Vreliçin vəziyyətinin stabil olduğu deyilir.

Matç “Srvena Zvezda”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar