Azarkeş qarşıdurması
22 Fevral 2010 Bazar Ertəsi 19:05
Braziliya klublarının bir azarkeşi ölüb, 60 nəfər isə həbs olunub
Braziliyanın Sao Paulo Əyalət Çempionatında azarkeşlər arasında baş verən toqquşmalar insan tələfatı ilə nəticələnib. “Palmeiras” və “Sao Paulo” klubları arasında matç başa çatdıqdan sonra azarkeşlər arasında mübahisə yaranıb.

Yerli polisin yaydığı məlumata görə, şəhərin Jundiai bölgəsində yaralanan dörd nəfər azarkeşdən biri dünyasını dəyişib. Yaralıların vəziyyəti isə ağırdır.

Şəhərin digər bölgələrində qeydə alınan qarşıdurmalarda isə 13 azarkeş yaralanıb, 60 nəfər isə həbs olunub.

Qeyd edək ki, oyun isə 2-0 “Palmeiras” klubunun xeyrinə başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar