AZAL xal itirdi
12 Fevral 2011 Şənbə 21:15
“Təyyarəçilər” öz meydanlarında “Gəncə”yə qol vura bilmədi
Unibank Premyer Liqasının XX turunda AZAL doğma meydanda "Gəncə" klubunu qəbul edib. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmaıb. Tərəflər meydanı qolsuz bərabərliklə tərk ediblər - 0:0.
"Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov oyunu şərh edərkən bildirib ki, komandaya əsas olaraq qol buraxmamağı tapşırıb. “Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Təəssüf ki, qol vura bilmədik", - deyə baş məşqçi əlavə edib.
AZAL klubunun baş məşqçisi Nazim Süleymanov isə qarşılaşmanın gərgin keçdiyini bildirib: "Gərgin oyun keçdi, bu gün iki xal itirdik. "Gəncə" ikinci "altılıq" uğrunda mübarizə aparsa da, bizə qarşı sonadək mübarizə apardı. "Gəncə"ni 1 xal qazanmaları münasibəti ilə təbrik edirəm".
DOSTLARINLA PAYLAŞ: