AZAL "Turan"ı məğlub etdi
02 Mart 2011 Çərşənbə 19:31
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib
Bu gün NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Mərhələnin ilk oyun günündə AZAL "Şəfa" stadionunda "Turan"ı qəbul edib. Ramil Diniyevin idarə etdiyi qarşılaşma "təyyarəçilər"in xeyrinə başa çatıb. Hesabı 41-ci dəqiqədə Premyer Liqanın bombardirlər siyahısında yer alan Qvidas Yuşka açıb. 44-cü dəqiqədə isə Nuqzar Kvirtiya matçın nəticəsini dəqiqləşdirib.

Qeyd edək ki, 1/4 finalın digər üç oyunu sabah baş tutacaq. I divizionun lideri "Abşeron" "İnter"i, ilk "altılıq"dan kənarda qalan "Qəbələ" "İnter"i, Premyer Liqanın lideri "Neftçi" isə ikinci pillənin sahibi olan "Xəzər Lənkəran"ı qəbul edəcək.

AZAL - Turan 2:0
Qollar: Qvidas Yuşka, 41. Nuqzar Kvirtiya, 44. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar