AZAL stadionuna "2 ulduz" verilib
03 Mart 2011 Cümə Axşamı 17:21
AZAL stadionuna "2 ulduz" verilib. FİFA sertifikatının verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.
Bu gün AZAL klubunun Şüvəlanda inşa edilən yeni stadionuna FİFA tərəfindən "2 ulduz" sertifikatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə iştirak edən UEFA-nın süni örtüklərin quraşdırılması üzrə komitəsinin üzvü Dmitriy Bratanov yeni stadionun Avropada 2 ulduz alan beş stadiondan biri olduğunu vurğulayıb. Klubun prezidenti Vaqif Qasımov stadionda mehmanxana, yardımçı meydançaların, müasir trenajor zalı və hovuzun olduğunu, lakin işlərin bir neçə aya tam yekunlaşacağını bildirib.

AZAL-ın aşağı yaş qrupları üzrə komandalarının da yeni stadiona köçürüləcəyi vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar