AZAL əks-hücumlarda əla oynadı
    09 Dekabr 2012 Bazar 18:03
    Əvəzetmədən meydana daxil olan futbolçular oyunun gedişini dəyişə bilmədilər.
    
                	 
    
         “Çox gərgin oyun keçdi, ilk hissədə üstünlük tərəfimizdə idi. İkinci hissədə isə çoxlu səhvlərimiz oldu”.
ANS PRESS-in qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 16-cı turunda AZAL-a qarşı keçirilən oyundan (0:0) sonra bildirib.
O qeyd edib ki, AZAL əks-hücumlarda əla oynayıb və bir neçə qol imkanı əldə edib: “Əvəzetmədən meydana daxil olan futbolçular oyunun gedişini dəyişə bilmədilər. Hücumda öz oyunumuzu yaxşılaşdırmalıyıq, səhvlərimiz üzərində çalışacağıq”.
DOSTLARINLA PAYLAŞ: