AZAL Bakıda istədiyi nəticəni əldə edə bilmədi
30 İyun 2011 Cümə Axşamı 22:03
Nazim Süleymanovun yetirmələri "Minsk"in müqavimətini qırmaqda çətinlik çəkib.
Bu gün Avropa Liqasında 2011-2012 mövsümünə start verilib. Qitənin ikinci dərəcəli klub turnirində I təsnifat mərhələsinin ilk oyunları keçirilir.

AZAL Bakıda “Minsk”i qəbul edib. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Şüvəlan stadionunda rəqibin müqavimətini qıra bilməyib. Oyunun 11-ci dəqiqəsində qonaqlar fərqlənib. Voronkov vurduğu qolla “Minsk”i irəli çıxarıb. Lakin qonaqların sevinci çox çəkməyib. 14-cü dəqiqədə İbekoyi künc zərbəsindən ötürülən topu başı ilə qapıya yönəldib.

Bundan sonra matçda qol vurulmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar