Azad Rəhimov: İstərdim ki, London Olimpiadasında bayrağımızı Fərid Mansurov aparsın
20 İyun 2012 Çərşənbə 11:44
Nazir Fərid Mansurovun ötən dəfə Olimpiya oyunlarında da Azərbaycan idmançılarının bayrağının apardığını xatırladıb.
“Mən istərdim ki, London Olimpiya oyunlarında Azərbaycan idmançılarının bayraqdarı Fərid Mansurov olsun. Fərid Mansurov Azərbaycanın ən titullu idmançısıdır”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir F. Mansurovun ötən dəfə Olimpiya oyunlarında da Azərbaycan idmançılarının bayrağının apardığını xatırladıb: “O zaman nailiyyətimiz yüksək olmuşdu. Mən onu təklif edirəm, amma bu məsələni ictimaiyyətlə də müzakirə edəcəyik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar