Ayntraxt Bakıya gelmeye teyyare tapmır
15 Avqust 2013 Cümə Axşamı 18:53
Frankfurt temsilçisi Ayntraxt klubu Bakıda baş tutacaq ilk qarşılaşmaya gelmekde çetinlik çekir.
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntaxt” Bakıya səfəri ilə bağlı problemlə üzləşib. ANS PRESS Apasport.az-a istinadən xəbər verir ki, Frankfurt təmsilçisi avqustun 22-də Bakıda baş tutacaq ilk qarşılaşmaya gəlməkdə çətinlik çəkir.

Bunu klubun mətbuat xidməti Rut Vaqner açıqlayıb: “İndi yaydır. Bildiyiniz kimi, bu vaxt əksər təyyarələr turistlərin ən çox getdiyi zonalara uçduğundan çarter reysi tapmaq çətindir. Məcbur olub adi reyslə getməli ola bilərik. Belə olan halda, çox çətin səfər olacaq. Çünki oyundan sonra qayıda bilməyəcəyik. Yalnız cümə günü geri dönmək imkanımız olacaq. Bazar günü isə Braunşveyqdə yerli “Ayntraxt”ın qonağı olacağıq. Hələlik Bakıdakı ilk oyunun Almaniyaya yayımı da tam həll olunmayıb”.

Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” avqustun 22-də Bakıda, 29-da Frankfurtda görüşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar