Ayntraxt Bakıya 500 azarkeş getirir
17 Avqust 2013 Şənbə 01:16
Onların 140-ı komanda ilə birgə Bakıya gələcək.
Almaniyanın “Ayntraxt” klubu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyunu zamanı dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, rəqib komandanı sözügedən qarşılaşmada təxminən 500 azarkeş dəstəkləyəcək.

Onların 140-ı komanda ilə birgə Bakıya gələcək. Daha 160 fanat ayrıca çarter reysi ilə gəlməyə hazırlaşır. 200 almaniyalı azarkeşin isə adi reyslərlə Azərbaycana səfər etməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı avqustun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar