“Ayaks” rəqibini dişləyən futbolçunu cəzalandırdı
23 Noyabr 2010 Çərşənbə Axşamı 00:50
Uruqvaylı Luis Suares iki oyunluq diskvalifikasiya edilib
Amsterdamın “Ayaks” klubu öz oyunçusu Luis Suaresi Hollandiya çempionatında PSV komandası ilə oyunda rəqib futbolçunu dişlədiyinə görə iki oyunluq diskvalifikasiya edib. Cəza bu gün Çempionlar Liqasında “Real”la qarşılaşmadan sonra qüvvəyə minəcək. Uruqvaylı futbolçunu Niderlandın yüksək futbol divizionunun rəşbərliyi də cəzalandıra bilər.
İnsident şənbə günü keçirilən və 0:0 hesablı heç-heçə ilə başa çatan qarşılaşmanın sonunda baş verib. Suaresien dişoəməsi nəticəsində PSV-nin yarımmüdafiəçisi Otman Bakkalın körpücük sümüyü zədələnib. “Ayaks” rəhbərliyi qarşılaşmanın videogörüntülərinə baxdıqdan sonra uruqvaylı futbolçunu cəzalandırmaq qərarına gəlib.
Hakim epizodu görmədiyindən, Luis Suaresi cəzalandırmayıb. Hollandiyanın aparıcı qəzetlərindən olan “De Telegraaf” qəzeti uruqvaylı futbolçunu ““Ayak”sın kannibalı” adlandırıb.
Qeyd edək ki, Luis Suares CAR-da keçirilən dünya çempionatının əsas ulduzlarından biri olub. O, çempionatın ¼ mərhələsində Qana ilə qarşılaşmanın sonunda topu əli ilə öz qapısından uzaqlaşdırıb və bununla Qananın yarımfinala çıxmasını əngəlləyib.
DOSTLARINLA PAYLAŞ: