Ayaks çempion oldu
05 May 2013 Bazar 20:35
Amsterdam təmsilçisi ən yaxın izləyicisini 4 xal qabaqlayır.
Futbol üzrə Hollandiya futbol çempionatının 2012/13-cü il mövsümünün çempionu məlum olub. ANS PRESS-in məlumatına görə, doğma meydanda "Willem II" klubunu qəbul edən "Ayaks" rəqibini 5-0 hesabı ilə məğlub etməklə mövsümün sonuna bir həftə qalmış növbəti titulunu rəsmiləşdirib.

Amsterdam təmsilçisi ardıcıl olaraq 3-cü dəfə çempion olub. Oynadığı 33 matçda 21 dəfə qələbə qazanan, 10 dəfə bərabərə qalan və 2 dəfə məğlub olan "Ayaks" ən yaxın izləyicisi PSV-ni 4 xal geridə qoyub.


AJ5-0WI by omfgoals


DOSTLARINLA PAYLAŞ:

oyunlar