"AXA MBASK"ın boulinq üzrə kuboku öz sahibini tapdı
06 İyun 2011 Bazar Ertəsi 12:41
Sığorta şirkətinin kuboku uğrunda boulinq üzrə turnirin nəticələri açıqlanıb
İyun ayının 5-də "AXA MBASK" sığorta şirkətinin kuboku uğrunda boulinq üzrə növbəti, ənənəvi turnir baş tutub. Yarışmada 60-a yaxın komanda, o cümlədən, KİV, banklar, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edib.
"AXA MBASK" sığorta şirkətindən ANS PRESS-ə verilən məlumata görə, turnir Bakı Əyləncə Mərkəzində keçirilirdi və 4 turdan ibarət idi. Səkkiz saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yerə, finalda iki partiyada ən çox xal toplayaraq “AKABE İnşaat” şirkətinin komandası çıxıb. Daha sonra final protokolunda “Rövşən Oğuz MMC” və "Unibank" komandaları yerləşiblər.
Turnirin qalibləri, yarışmanın sponsorları olan "AXA MBASK", "Bolşoy Prazdnik" və "BİSMAK" şirkətləri tərəfindən qiymətli hədiyələr əldə ediblər.
Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu "AKABE İnşaat" komandasının oyunçusu "Unibank"dan 1000 AZN alıb.
Qeyd etmək lazımdır ki, "AXA MBASK"ın Kuboku uğrunda boulinq üzrə illik turnir müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən ilə bu yarış respublikada daha da populyar olur.
DOSTLARINLA PAYLAŞ: