Avstriyaya gedəcək futbolçuların adı açıqlanıb
11 May 2010 Çərşənbə Axşamı 19:25
Avstriyaya gedəcək futbolçuların adı açıqlanıb. Millinin təlim-məşq toplanışına 25 futbolçu dəvət edilib.
Azərbaycan milli komandası mayın 19-dan 22-dək Bakı şəhərində, mayın 23-dən iyunun 2-dək isə Avstriyanın Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq. Bu gün təlim-məşq toplanışında iştirak edəcək futbolçuların adları açıqlanıb.

Toplanışda iştirak edən futbolçular iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək. Millimiz təlim-məşq toplanışı çərçivəsində mmayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Hazırlıq prosesi və tibbi müayinə üçün açıqlanmış heyətin tərkibinə 25 futbolçunun adı daxil edilib: Kamran Ağayev, Fərhad Vəliyev, Səlahət Ağayev, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Ruslan Abışov, Volodimir Levin, Rail Məlikov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rahid Əmirquliyev, Vurğun Hüseynov, Samir Abasov, Aleksandr Çertoqanov, Amit Quluzadə, Mahir Şükürov, Araz Abdullayev, Elvin Məmmədov, Əfran İsmayılov, Fabio Luis Ramin, Cavid Hüseynov, Arif Daşdəmirov, Rauf Əliyev, Fərid Quliyev, Vaqif Cavadov.

AFFA-nın yaydığı məlumata görə, Kamran Ağayev əməliyyat olunacağı təqdirdə millinin heyətinə onun əvəzinə Aqil Məmmədov dəvət olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar