Avstriya millisi açıq məşq keçirdi
08 Oktyabr 2010 Cümə 00:45
Ditmar Konstantini: “Azərbaycan millisi Qazaxıstan yığmasından çox güclüdür”.
Bu gün futbol üzrə Avstriya millisi Vyanadakı Ernst Happel stadionunda mətbuat üçün açıq məşq keçirib. Məşqdən sonra stadionun Media mərkəzində bu gün Avstriya yığma komandasının baş məşqçisi Ditmar Konstantininin mətbuat konfransı keçirilib. Baş məşqçi Avstriya – Azərbaycan oyunu barədə fikirlərini bildirib: “Azərbaycan millisinin oyunlarını izləmişəm. Berti Foqtsun rəhbərlik etdiyi komandada yaxşı futbolçular var. Amma onların adlarını çəkmək istəmirəm. Qazaxıstan yığması ilə oyunda olduğu kimi, yenə də qələbə qazanmaq istəyirik. Fikrimcə, Azərbaycan millisi Qazaxıstan yığmasından çox güclüdür. Sabahkı oyunda uduzmaq barədə düşünmürəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar