Avstraliya Özbəkistanı məğlub etdi
02 Aprel 2009 Cümə Axşamı 13:45
Avstraliyada keçirilən qarşılaşma meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb

 

Dünya Çempionatı 2010-un Asiya seçmələri çərçivəsində növbəti matçlar keçirilib. Səfərdə Avstraliya millisi ilə qarşılaşan Özbəkistan 0-2 hesabı ilə məğlub olub. Avstraliya milli komandasına qələbə qazandıran qolları matçın 66-cı dəqiqəsində Kennedi, 73-cü dəqiqəsində isə "Qalatasaray"da çıxış edən Harri Kyuell Özbəkistan millisinin qapısından keçirib.

Asiya seçmələri çərçivəsində keçirilmiş digər matçlarda qeydə alınmış nəticələr

DÇ-2010 seçmə mərhələ- Asiya 1-ci Qrup
Avstraliya – Özbəkistan 2-0
Bəhreyn – Qətər 1-0

DÇ-2010 seçmə mərhələ - Asiya 2-ci Qrup
Koreya Respublikası – Koreya XDR 1-0
Səudiyyə Ərəbistanı – Birləşmiş Ərəb Əmirlikləri 3-2

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar