Avstraliya ilk xalını qazandı
19 İyun 2010 Şənbə 21:20
"D" qrupunda Avstraliya və Qana milliləri qarşılaşıb.
Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında “D” qrupunda Avstraliya və Qana milliləri qarşılaşıb. Avstraliya yığması Qana ilə heç-heçə oynayaraq Dünya Çempionatında ilk xalını qazanıb. Matçın 11-ci dəqiqəsində Avstraliya hesabda 1:0 önə keçib. 14 nömrəli futbolçu Brett Holmanın zərbəsi qarşısında qanalı qapıçı aciz qalıb.
Matçın 24-cü dəqiqəsində 10 nömrəli oyunçu Harrri Kyuellin cərimə meydançasında əllə öoiynaması Avstraliya yığmasına baha başa gəlib. Hakim qırmızı kart göstərdikdən sonra Avstraliya qapısına penalti zərbəsi təyin edib. Bu imkandan yararlanan Qana yığması hesabı bərabərləşdirib. Asamoa Qyan matçın 25-ci dəqiqəsində görüşün sonuncu qoluna imza atıb. Azlıqda qalmasına baxmayaraq bir neçə dəfə təhlükəli hücumları ilə yadda qalan Avstraliya yığması hesabı dəyişə bilməyib.
Qeyd edək ki, CAR-da keçirilən Dünya Çempionatında ilk dəfə Almaniya yığması ilə qarşlaşan Avstraliya qapısından 4 cavabsız top buraxmışdı. Dünya çempionatları tarixində yüzüncü matçını heç-heçə oynayan Qana yığması isə ilk oyununda Serbiya yığmasını 0:1 hesabı ilə məğlub etmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: