Avropanın ən yaxşı futbolçusu seçildi
26 Avqust 2011 Cümə 04:04
Mükafatın ilk sahibi Lionel Messi oldu
UEFA-nın versiyası üzrə Avropanın ən yaxşı futbolçusu mükafatının ilk sahibi “Barselona”nın oyunçusu Lionel Messi olub. O, səsvermədə Kriştianu Ronaldu və Xavi Ernandesi qabaqlayıb. Lionel Messiyə mükafat Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı təqdim edilib.

Argentina millisinin hücumçusu ötən mövsüm “Barselona”nın heyətində 53 qol vurub. O, 12 dəfə Çempionlar Liqasında fərqlənib və ardıcıl üçüncü dəfə turnirin ən yaxşı bombardiri olub. Bundan başqa, Lionel Messi “Barselona”ya dalbadal üçün dəfə İspaniya çempionu olmaqda yardım edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar