Avropanın ən yaxşı futbolçusu müəyyənləşəcək
19 İyul 2011 Çərşənbə Axşamı 16:54
Yeni təsis edilən mükafat avqustun 25-də sahibinə qovuşacaq.
UEFA Avropanın ən yaxşı futbolçusu üçün xüsusi mükafat təsis edib. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni mükafatın təsis edilməsinin təşəbbüskarı UEFA-nın prezidenti Mişel Platini olub. Avropanın ən yaxçı futbolçusu adına 3 namizəd bu ayın 25-də elan ediləcək.

Avropanın ən yaxşı futbolçusu isə avqustun 25-də Çempionlar Liqasının püşkatma mərasimi zamanı elan ediləcək. Mükafatın qalibi UEFA-ya üzv olan ölkələrin 53 idman jurnalistinin səsverməsi nəticəsində müəyyənləşdiriləcək.

Xatırladaq ki, hazırda futbolda ən nüfuzlu fərdi mükafat “Qızıl top” sayılır. Bu mükafatı FİFA “France Football” jurnalı ilə birlikdə təqdim edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar