Avropanın ən qiymətli 10 türk futbolçusu
08 Oktyabr 2010 Cümə 16:45
"Fanatik"in siyahısında Məsut Özil ilk sırada qərarlaşıb.
Türkiyənin “Fanatik” qəzeti Avropanın müxtəlif çempionatlarında forma geyinən ən bahalı 10 türk futbolçusunu müəyyənləşdirib. İlk pillədə transfer dəyəri 27 milyon avro olan “Real”ın futbolçusu Məsut Özil yer alır. İkinci yerdə transfer dəyəri 13 milyon avro olan “Borussiya” (Dortmund) klubunun futbolçusu Nuri Şahindir. Üçüncü pillədə isə dəyəri 12 milyon avro olan “Ştutqart” klubunun üzvü Sərdar Taşçı qərarlaşıb.

Avropanın ən bahalı 10 türk futbolçusunu diqqətinizə çatdırırıq:

1. Məsut Özil 27 milyon avro “Real”,
2. Nuri Şahin 13 milyon avro “Borussiya”,
3. Sərdar Taşçı 12 milyon avro “Ştutqart”,
4. Mövlut Erdinç 10.5 milyon avro “Pari Sen Jermen”,
5. Gökhan İnler 9,5 milyon avro “Udineze”,
6. Ərən Dərdiyok 9 milyon avro “Bayer” (Leverkuzen),
7. Mehmet Topal 7,5 milyon avro “Valensiya”,
8. Gökdəniz Qaradəniz 7 milyon “Rubin”.
9. Tuncay Şanlı 6,5 milyon avro “Stok Siti”,
10. Hamit Altıntop 6,5 milyon avro “Bavariya”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar