Avropanın ən güclüsü Çelsi oldu
20 May 2012 Bazar 02:36
“Zadəganlar” Çempionlar Liqasının finalında “Bayer”i məğlub etdilər.
Münhendə Çempionlar Liqasının finalı başa çatdı. ANS PRESS-in məlumatına görə, Londonun “Çelsi” klubu həlledici oyunda yerli “Bavariya”nı məğlub edərək, Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.

Oyunun əsas vaxtı 1:1 hesablı heçə-heçə ilə nəticələnib. Əlavə hissələrdə də klublardan heç biri fərqlənə bilməyib. Penaltilərdə isə “Çelsi” daha dəqiq oynayıb. Londonlular dörd, “Bavariya” isə gəmi üç penaltidən fərqlənə bilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar