Avropanın ən bahalı çempionatları
13 Avqust 2010 Cümə 17:05
İlk sırada İngiltərə Premyer Liqası yer alır.
Məşhur transfermarkt.de saytı Avropanın ən bahalı çempionatlarının siyahısını açıqlayıb. Qitənin 40 ən bahalı çempionatının siyahısında Azərbaycan Premyer Liqası yer almayıb. Bizdən cəmi 2,65 milyon avro dəyəri artıq olan Şimali İrlandiya çempionatı siyahıda yer tutub. Halbuki Azərbaycan Premyer Liqasında top qovan iki futbolçunun dəyəri Şimali İrlandiya çempionatından daha bahadır.

Transfermarkt.de-nin sıralamasında ən bahalı çempionat İngiltərə Premyer Liqası göstərilib - 3.248.425.000 avro. İspaniya La Liqasının 2.499.200.000, İtaliya A Seriyasının 2.393.260.000, Almaniya Bundesliqasının 1.708.175.000 avro dəyəri var.

"Böyük Beşlik" ölkələrinin ən ucuz çempionatı Fransa Liqa 1-dir - 1.476.800.000. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar