Avropada futbol bayramı başlayır
08 İyun 2012 Cümə 01:46
Bu axşam futbol üzrə Avropa çempionatı start götürəcək.
Bu gün futbol üzrə 14-cü Avropa çempionatı start götürəcək. Turnirə Polşa və Ukrayna ev sahibliyi edəcək. Onlar bu hüququ 2006-cı ildə İtaliya və Xorvatiya ilə Macarıstana qalib gələrək əldə ediblər. Oyunlar Kiyev, Xarkov, Donetsk, Lvov, Varşava, Poznan, Qdans və Vrotslav şəhərlərinin stadinarında keçiriləcək. Qitə birincilinin finalı iyulun 1-də Ukrayna paytaxtında olacaq.
Polşanın çempionatın təşkilinə 23 milyard avroya yaxın vəsait xərclədiyi bildirilir. Ukrayna xərclərini rəsmən açıqlamasa da, ekspertlər bu rəqəbin 10 milyard avro həcmində olduğunu düşünürlər. Turnirin keçirilməsi üçün müraciət edərkən bu ölkələr daha böyük həcmdə xərc nəzərdə tutmuşdular - Ukraynak 18 milyard, Polşa isə 34 milyard avrodan danışırdı.
Euro-2012 16 komandanın iştirakı ilə keçirilən sonuncu Avro çempionatı olacaq. 2016-cı ildən iştirakçı millilərin sayı 24-ə çatrılacaq. Hazırkı turnirin final mərhələsinə Almaniya, İtaliya, Fransa, Hollandiya, Rusiya, Yunanıstan, İngiltərə, Danimarka, İspaniya, İsveç, Xorvatiya, Çexiya, İrlandiya və Portuqaliya vəsiqə qazanıb. Bundan başqa, Polşa və Ukrayna da ev sahibi kimi turnirin final mərhələsində iştirak edəcək.
Euro-2012-nin iştirakçıları dörd komandadan ibarət dörd qrupa bölünüblər. Çempionat ənənəvi olaraq qruplardaxili oyunlarla başlayacaq. Turnirin növbəti mərhələsinə (1/4 final iyunun 21-də başlanacaq) hər bir qrupda ilk iki yeri tutan millilər çıxacaqlar. Bundan sonra olimpiya sistemi başlanır - komandalar ilk məğlubiyyətədək çempionatda iştirakı davam edirirlər, qalib final oyununda müəyyənləşir.
Avropa çempionatına Varşavada Polşa və Yunanıstan millilərinin oyunu ilə start veriləcək. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlanacan. Günün ikinci qarşılaşması isə saat 23.45-də Rusiya və Çexiya yığmaları arasında olacaq. Oyun Vrotslavda keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: