Avropa çempionatında 4 şahmatçımız qələbə qazanıb, Serbiyada keçirilən çempionatın 8 turu arxada qalıb
Serbiyanın Budva şəhərində təşkil olunan şahmat üzrə Avropa çempionatında 8-ci turun oyunları keçirilib. Azərbaycanı təmsil edən 6 şahmatçıdan 4-ü bu turu qələbə ilə başa vurub. Qədir Hüseynov serbiyalı Aleksandar Kovaçeviçi, Rauf Məmmədov rus Valeri Popovu, Eltac Səfərli hollandiyta şahmatçısı Lok Van Veli, Faiq Ələskərov isə çernoqoriyalı Nenad Karisiki məğlub edib. Vüqar Rəsulovla Vasif Duarabəyli isə bu turu heç-heçə ilə başa vurublar. Vüqar rus şahmatçı Mixail Kobalia, Vasif isə lüksemburqlu Fred Berendlə heç-heçəyə razılaşıb. Avropa çempionatında bu gün 9-cu turun görüşləri keçiriləcək.
/ANS PRESS/