Avropa üçüncüsü olduq
26 Aprel 2010 Bazar Ertəsi 09:55
“Araz” təsəlliverici görüşdə “Luparense”dən üstün olub.
Portuqaliyanın “Benfika” klubu futzal üzrə UEFA Kubokuna sahib çıxıb. Portuqaliyalılar final qarşılaşmasında İspaniyanın “İntervyu” kollektivinə qalib gəliblər. Oyunda əsas hissə 2:2 hesabı ilə nəticələnib. Təyin olumuş əlavə vaxtda “İntervyu”nun qapısından bir top keçirən “Benfika” UEFA Kubokuna sahib çıxıb.

Bundan bir qədər əvvəl isə təmsilçimiz “Araz” 3-cü yer uğrunda matçda İtaliyanın “Luparense” klubu ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında hesab 2:2 olub. Təyin olunmuş penalti zərbələrini isə “Araz” futzalçıları daha dəqiq yerinə yetiriblər-5:4. Bununla da, “Araz” UEFA Kubokunda 3-cü yerə sahib çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar