Avropa üçüncüsü Mikail Orucov göldə boğuldu
26 İyul 2010 Bazar Ertəsi 10:30
Mikail Orucov Gürcüstanda həlak olub.
Gənсlər arasında sambo üzrə Avropa üçüncüsü olan 16 yaşlı azərbaycanlı idmançı Mikail Orucov Gürcüstanda ölüb. Rusiya mətbuatının məlumatına görə, idmançı dünən Dmanisi rayonunda keçirilən Azərbaycan və Gürcüstan Xalqları Dostluğu Günlərində iştirak edib. Azərbaycan nümayəndə heyətinin üzvləri bildiriblər ki, Orucov bayramın rəsmi hissəsindən sonra dostları ilə birgə gölə gedib.
“O gölün bir tərəfindən digər tərəfinə keçmək istəyib. Lakin bunun öhdəsindən gələ bilməyib. Orucovun ölümü onun doğmaları və bütün Azərbaycan üçün böyük itkidir. O çox istedadlı və perspektivli idmançı idi”, - deyə nümayəndə heyətindən bildiriblər.
Qeyd edək ki, Mikayıl Orucov (70 kq) bu ilin aprel ayında Yunanıstanın Saloniki şəhərində yeniyetmələr və gənclər arasında keçirilən sambo üzrə Avropa çempionatında bürünc medala sahib çıxıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: