Avropa Oyunları üçün nə qədər pul xərclənib ?
    04 Sentyabr 2014 Cümə Axşamı 17:35
    Nazir qeyd edib ki, Avropa olimpiya Oyunları üçün 3 istiqamətdə büdcə ayrılıb.
    
                	 
    
         “BAOƏK büdcəsindən tikinti işlərinə hazır ki, vaxta qədər 70-80 milyon vəsait xərclənib”. 
ANS PRESS-in məlumatına görə, bu barədə Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Olimpiya Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov deyib. 
O bildirib ki, nəqliyyatdan tutmuş mətbuata kimi bütün müxtəlif sahələrdə işlər aparılır. Nazir qeyd edib ki, Avropa olimpiya Oyunlarına 3 istiqamətdə büdcə ayrılıb və bu vəsaitlər aidiyyatı üzrə xərclənir:
“Tikilən futbol stadionuna 500 milyon, Su hovuz kompleksinə 100 milyon, Stend atıçılığı kompleksionə 50-60 milyon, Heydər Əliyev adına konsert zalının fasadının yenilənməsi üçün 20-25 milyon, Bakı əl oyunları sarayı üçün isə 20 milyon manat vəsait nəzərdə tutulub".
DOSTLARINLA PAYLAŞ: