Avropa Liqasında pley-off həyəcanı
22 Avqust 2013 Cümə Axşamı 11:26
Turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın “Ayntraxt”la oyunu ilə bərabər daha 29 görüş baş tutacaq.
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə yeganə təmsilçimiz “Qarabağ”ın “Ayntraxt”la oyunu ilə bərabər daha 29 görüş baş tutacaq.
Azərbaycanlı azarkeşlərin yaxından maraqlandığı iki qarşılaşmada Türkiyə təmsilçiləri çıxış edəcək. “Beşiktaş” təmsilçimiz “İnter”i mübarizədən kənarlaşdıran “Tromse”nin qonağı olacaq. Qardaş ölkənin digər klubu “Trabzonspor” isə Albaniyada “Kukesi”ni sınağa çəkəcək.
Son Premyer Liqa çempionu “Nefçi”ni Çempionlar Liqasından kənarlaşdıran “Skenderbeu” isə Ukraynada “Çernomorets”lə üz-üzə gələcək. “Xəzər Lənkəran”ı böyük hesabla məğlub edərək Avroliqadan uzaqlaşdıran “Makkabi” (Hayfa) isə doğma azarkeşləri qarşısında Ruminya klubu “Astra”nı qəbul edəcək.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri avqustun 29-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
22 avqust
18:00. ”Aktobe” (Qazaxıstan) – “Dinamo” (Kiyev, Ukrayna)
21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Tottenhem” (İngiltərə)
21:00. “Jablonec” (Çexiya) – “Betis” (İspaniya)
21:00. “Kuban” (Rusiya) – “Feyenord” (Hollandiya)
21:30. “Atromitos” (Yunanıstan) –“Az Alkmaar” (Hollandiya)
21:30. “Minsk” (Belarus) – “Standard” (Belçika)
21:30. “Makkabi” (Hayfa, İsrail) – “Astra” (Rumıniya)
22:00. “Esbjerg” (Danimarka) – “Saint-Etienne” (Fransa)
22:00. “Molde” (Norveç) – “Rubin” (Rusiya)
22:00. “Nomme Kalyu” (Estoniya) – “Dnepr” (Ukrayna)
22:00. “Zalsburq” (Avstriya) – “Zalgiris” (Litva)
22:00. “Sent Qallen” (İsveçrə) – “Spartak” (Moskva, Rusiya)
22:30. “Kukesi” (Albaniya) – “Trabzonspor” (Türkiyə)
23:00. “Apollon” (Kipr) – “Nitsa” (Fransa)
23:00. “Elfsborq” (İsveç) “Nordşelland” (Danimarka)
23:00. “Hafnarfyordur” (İslandiya) – “Genk” (Belçika)
23:00. ”Pandurii” (Rumıniya) – “Braqa” (Portuqaliya)
23:00. “Tromse” (Norveç) – “Beşiktaş” (Türkiyə)
23:05. “Suonsi”(İngiltərə) – “Petrolul” (Rumıniya)
23:30. "Çornomorets" (Ukrayna) - "Skenderbeu" (Albaniya)
23:30. ”Partizan” (Serbiya) – “Thun” (İsveçrə)
23:30. “Voyvodina” (Serbiya) – “Şerif” (Moldova)
23:30. “Rijeka” (Xorvatiya) – “Ştutqart” (Almaniya)
23:45. “Zulte Veregem” (Belçika) – APOEL (Kipr)
23:45. ”Udineze” (İtaliya) – “Slovan” (Çexiya)
00:00. "Qrasshoper" (İsveçrə) - "Fiorentina" (İtaliya)
00:05. ”Rapid” (Avstriya) – “Dila” (Gürcüstan)
00:30. “Estoril” (Portuqaliya) - “Paşinq” (Avstriya)
00:30. “Sevilya” (İspaniya) – “Slask” (Polşa)
DOSTLARINLA PAYLAŞ: