Avropa Liqasında ölkəmizin daha bir təmsilçisi məlum oldu
23 İyun 2010 Çərşənbə 15:40
Vüsal Əliyev bu turnir çərçivəsində “Zeta” – “Daçiya” oyununu idarə edəcək.
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ölkəmizi klublarmızla yanaşı hakimlərimiz də təmsil edəcək.

AFFA-dan verilən məlumata görə, turnirin ilk oyunları çərçivəsində keçiriləcək “Zeta” (Çernoqoriya) – “Daçiya” (Moldova) oyununun baş hakimi FİFA referisi Vüsal Əliyev olacaq. Ona Mehman Mahmudov və Vaqif Musayev kömək edəcəklər.

Xatırladaq ki, qarşılaşmanın dördüncü hakimi Elçin Məmmədov olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar