Avropa klublarının reytinqi açıqlandı
16 Oktyabr 2010 Şənbə 14:05
“Qarabağ” ölkəmizin ən yaxşısıdır.
E-infobank.com saytı Avropa klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Siyahıda 453 qitə klubu yer alıb. Reytinq siyahısında Azərbaycanın 7 klubu da var. Ən yaxşı göstəriciyə iki mövsümdə Avropa Liqasında uğurlu çıxış edən "Qarabağ" sahibdir. Ağdam klubu ötən siyahı ilə müqayisədə iki pillə geriləyərək, 130-cu olub.

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edən və Polşa "Lex"inə penalti seriyasında uduzan "İnter" bir pillə irəliləyib və 180-ci yeri tutub. Avropa Liqasında mübarizəni ilk mərhələdə dayandıran "Xəzər Lənkəran" 205-ci yerdən 207-ci yerə düşüb.

Avropa Liqasına ikinci mərhələdən başlayan və hər iki oyunda qələbə qazanmasına rəğmən texniki məğlubiyyət alan "Bakı" bir pillə geriləyərək, 253-cü yeri tutub. Bir neçə ildir Avrokuboklardan kənarda qalan "Neftçi" 326-ci pillədəki yerini qoruyub. AZAL 394-cü, "Simurq" isə 407-ci pilləni tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar