Avropa Çempionatının ev sahiblərinin adları açıqlanıb
    19 Noyabr 2012 Bazar Ertəsi 11:42
    2015 kişilər arasında qitə birinciliyi İtaliya və Bolqarıstanda, qadınlar arasında yarışlar isə Hollandiya və Belçikada keçiriləcək
    
                	 
    
         Lüksenburq şəhərində 33-cü CEV ümumi Konqresi keçirilib. 48 ölkə Federasiyasının iştirak etdiyi konqresdə 2015 Avropa Çempionatının ev sahiblərinin də adları açıqlanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2015 kişilər arasında Avropa Çempionatı İtaliya və Bolqarıstanda keçiriləcək. 
2015 qadınlar arasında Avropa Çempionatı Hollandiya və Belçikada keçiriləcək. Qeyd edək ki, Lüksenburqda keçirilən 33-cü CEV Ümumi Konqresində Azərbaycan Voleybol Federasiyasını, Federasiyanın baş Katibi Elşən İsmayılov və Mixayıl Frişman təmsil edirdi.
DOSTLARINLA PAYLAŞ: