Avropa Çempionatını idarə edəcək hakimlər
16 Fevral 2011 Çərşənbə 17:23
Oyunları əsasən əcnəbi hakimlər idarə edəcək
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində fevralın 24-dən 27-dək Bakıda keçiriləcək oyunları idarə edəcək hakimlərin adları açıqlanıb. AFFA mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmçinin hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib:
Hakimlər:
Borut Siviç (Sloveniya)
Sergey Drebujan (Ukrayna)
Saşa Tomiç (Xorvatiya)
Yan Kresta (Çexiya)
Hakim-inspektor: Andrea Lastruççi (İtaliya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Qeyd olunan oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:
24 fevral
Saat 18:30. İspaniya – Fransa
Saat 21:00. Azərbaycan – Qazaxıstan
25 fevral
Saat 18:30. Qazaxıstan – İspaniya
Saat 21:00. Azərbaycan – Fransa
27 fevral
Saat 18:30. Fransa – Qazaxıstan
Saat 21:00. İspaniya – Azərbaycan
DOSTLARINLA PAYLAŞ: