Avropa çempionatında qələbə qazandıq
14 Mart 2009 Şənbə 11:30
Şahmatçımız rusiyalı şahmatçı Veronika Mininanı məğlub edib

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qadın şahmatçıların Avropa çempionatında 6-cı turun oyunları arxada qalıb. Azərbaycanı təmsil edən şahmatçılardan bu tur ölkəmizi birincilikdə təmsil edən 5 şahmatçıdan yalnız Türkan Məmmədyarova qələbə qazanıb. Türkan rusiyalı şahmatçı Veronika Mininanı məğlub edib. Nərgiz Umudova moldovalı İrina Bulmaqa ilə oyunda heç-heçəyə razı olub. Nərmin Kazımova Rumıniya şahmatçısı Paulet Jozefinaya məğlub olub. Xəyalə Abdulla isə rusiyalı şahmatçı Svetlana Bezqodovaya məğlub olub. Gülnar Məmmədova isə digər rusiyalı şahmatçı Valentina Salavyovaya uduzub.

Qeyd edək ki, 6 turdan sonra şahmatçılarımızdan ən yüksək nəticə Nərmin Kazımovanın aktivindədir. Nərmin topladığı 3 xalla turnir cədvəlinin 88-ci pilləsində qərarlaşıb. Bu gün çempionatda 7-ci turun oyunları keçiriləcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar