Avropa çempionatında 4 güləşçimiz mübarizəyə qoşulub
03 Aprel 2009 Cümə 12:45
Qadın güləşçilərin mübarizəsinin ilk günündə Zümrüd Qurbanhacıyeva gümüş medal qazanıb

Litvanın paytaxtı Vilnüsdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib. Bu gün mübarizəyə qoşulan iki güləşçimizdən, Zümrüd Qurbanhacıyeva gümüş medal qazanıb. 67 kq çəkidə mübarizə aparan güləşçimiz 1/8 finalda almaniyalı Mariya Selmaieri, ¼ finalda ispaniyalı Aurora Fajardonu, yarımfinalda isə Bolqarıstan güləşçisi Ralitsa İvanovanı məğlub edərək finala yüksəlib. Final görüşündə ukraynalı Katerina Burmistrovaya məğlub olan Zümrüd gümüş medalla kifayətlənib.

Bu gün daha 4 güləşçimiz mübarizəyə qoşulub. 84 kq çəkidə yarışan Mariya Stadnik rus rəqibi Liliya Kaskarakovanı məğlub edərək ¼ finala vəsiqə qazanıb. Güləşçimizin ¼ finalda rəqibi Ukrayna güləşçisi Mariya Livaç olacaq. 55 kq çəkidə yarışan Nadya Qradyuk isə ilk görüşdə məğlub olub. Güləşçimiz çexiyalı Lenka Martinakovaya uduzub. 63 kq çəkidə mübarizə aparan Olesya Zamula isə 1/8 finalda italyan Mariya Diananı məğlub edərək ¼ finala çıxıb. Təmsilçimizin ¼ finaldakı rəqibi isveçli Hanna Yohansson olacaq. Digər güləşçimiz 72 kq çəkidə yarışan Dina İvanova da ilk görüşünü qələbə ilə başa vurub. Dina 1/8 finalda belaruslu Natalliya Şınkarovanı məğlub edib. Güləşçimizin 1/4 finalda rəqibi rusiyalı Alyona Starodubtseva olacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar