Avroliqada püşk atıldı: Fənərbağça Benfika ilə üz-üzə gələcək
12 Aprel 2013 Cümə 15:43
İstanbul təmsilçisi favoritlərdən biri ilə üz-üzə gələcək.
Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. ANS PRESS-in məlumatına görə, bu mərhələdə Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” “Benfika” ilə üz-üzə gələcək.

Digər oyunda isə "Çelsi" (İngiltərə) və “Bazel” (İsveçrə) komandaları qarşılaşacaqlar. İlk matçlar aprelin 25-də, cavab görüşləri isə mayın 2-də olacaq.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 15-də Hollandiyanın paytaxtı Amsterdamda oynanılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar