Avroliqada Fenerbaxça klubunu Qarabağ evezleye biler
29 Avqust 2013 Cümə Axşamı 10:48
Fenerbaxça klubununun cezalandırılması Qarabağ klubuna yaraya biler.
Türkiyənin “Fənərbaxça” klubunu Avrokuboklarda "Qarabağ" əvəzləyə bilər. ANS PRESS Azerisport.az-a istinadən xəbər verir ki, "Fənərbaxça”nı bu mövsüm Avroliqanın təsnifat mərhələsində daha çox xal toplamış, amma pley-offda mübarizəni dayandırmalı olan klub əvəzləyə bilər.

Belə olacağı halda, Azərbaycanın “Qarabağ” klubunun da qrup mərhələsində çıxış etmək şansı yarana bilər. Çünki komandamız bu mövsüm çox uğurlu çıxış etsə də, altı oyunda 5 qələbə və 1 heç-heçənin ardından pley-offda Almaniya “Ayntraxt”ına 0:2 hesabıyla məğlub oldu.

Sabah isə bu klublar Frankfurtda cavab oyununa çıxacaqlar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu məsələyə münasibətini açıqlayıb: “Biz bu haqda heç düşünmürük də. Əgər bizim öz oyunumuz, şansımız varsa, ondan yararlanmağa çalışmalıyıq". "Ayntraxt"la oyunöncəsi mətbuat konfransında çıxış edən Qurbanov məsləyə belə münasibət bildirib: "Bu cür ümidlərə qapılsaq, mütləq oyunumuza təsir edəcək. Bütün fikrimizi "Ayntraxt"la oyuna yönəltmişik. Belə söhbətlərdən uzaq olmaq lazımdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar