Avroliqada çıxış edəcək millinin heyəti açıqlanıb
16 İyun 2010 Çərşənbə 22:55
Çimərlik futbolu üzrə komandamıza 14 futbolçu daxil edilib.
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Liqası və dünya çempionatın seçmə mərhələsində iştirak edəcək heyəti açıqlanıb. AFFA-nın verdiyi məlumata görə, millinin heyətində Elşad Quliyev, Müslüm Hüseynov, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Emin Kürdov, Renat Sultanov, Zeynal Zeynalov, Seymur Məmmədov, Asif Zeynalov, İlqar Abdulov, Namiq İsgəndərov, Elnur Əhmədov, İlkin Hacıyev yer alıb.

Xatırladaq ki, çimərlik futbolu üzrə yığmamız iyulun 2-dən 4-dək İtaliyanın Liqnano şəhərində Avropa liqasında və iyulun 11-dən 18-dək İtaliyanın Bibiano şəhərində dünya çempionatın seçmə mərhələsində iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar