Avroliqa turnirində ilk yarımfinal matçları keçirilir
28 Aprel 2011 Cümə Axşamı 10:51
“Vilyareal” 3 Portuqaliya klubu ilə təkbaşına mübarizə aparır
Bu gün futbol üzrə Avroliqa turnirin yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Gecənin ən maraqlı matçı Portuqaliyada oynanılacaq. Portunun “Draqao” stadionunda çempionluğa iddialı 2 klub, yerli “Portu” ilə “Vilyareal” münasibətlərinə aydınlıq gətirəcəklər.

Ölkə çempionatında qızıl medalları artıq təmin etmiş “Portu” indi bütün diqqətini Avroliqaya yönəldib. 2004-cü ildə Avropanın 2-ci ən mötəbər turnirinin qalibi olmuş “Portu”, bu dəfə də analoji uğuru təkrarlamaq niyyətindədir. “Vilyareal” isə indiyədək 2 dəfə Avrokuboklarda yarımfinal mərhələsinə adlayıb və hər 2 halda mübarizəni dayandırıb. İspanlar bu uğursuzluğa 3-cü cəhddə son qoymaq istəyirlər.

Günün 2-ci görüşü də Portuqaliyada təşkil olunacaq. Burada adı çəkilən ölkənin 2 təmsilçisi, “Benfika” və “Braqa” Lissabonda üz-üzə gələcəklər. Avroliqanın yarımfinal mərhələsində baş tutacaq portuqalların ilk qarşıdurmasının nəticəsində asılı olmayaraq, finalda bu ölkənin ən azı bir komandasının olacağı dəqiqdir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar