Avro 2016-nı təşkil edəcək ölkə Fransa oldu
28 May 2010 Cümə 16:30
Fransa 2016-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək.
Fransa futbol üzrə 2016-ci ildə təşkil olunacaq Avropa çempionatını təşkil etmək hüququ qazanıb. Bu qərar UEFA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında qəbul olunub.

Fransa ilə yanaşı Türkiyə və İtaliya təşkilatçılıq uğrunda mübarizə aparsalar da bu heç bir nəticə verməyib. UEFA mötəbər yarışın təşkilatçılığını Fransaya həvalə etməyi lazım bilib.

Xatırladaq ki, Avro 2016-nın final mərhələsində 24 ölkənin yığması iştirak edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar